
“Zirə” “Turan Tovuz”a qalib gəldi
- 02 May 2025 21:55
- 56
Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Zirədə keçirilmiş oyunu Rəvan Həmzəzadə idarə edib. Yekunda meydan sahibləri çətin qələbəyə seviniblər.
Qeyd edək ki, “Zirə” hazırda 64 xalla 2-ci, “Turan Tovuz” isə 49 xalla 4-cü pillədə qərarlaşıb.
“Şamaxı” – “Səbail”, “Araz-Naxçıvan” – “Sabah” oyunları sabah, “Qarabağ” – “Sumqayıt” və “Neftçi” – “Kəpəz” matçları isə mayın 4-də keçiriləcək.
Misli Premyer Liqası
33-cü tur
2 may
“Zirə” – “Turan Tovuz” 1:0
Qol: Salifu Suma, 48.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 53 Şahmar Aşurov, 48. Ramiz Muradov, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.