
“Zirə” - “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişdi
- 02 May 2025 14:20
- 59
“Zirə” - “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişdi
Misli Premyer Liqasının 33-cü turunun bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Rekord.az xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da başlayacaq.