
“Traktor” - çempion!
- 02 May 2025 22:11
- 69
“Traktor” İran çempionatının qalibi olub.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi bu gün 28-ci tur çərçivəsində səfərdə “Şəms Azar Qazvin” ilə qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.
Bu qələbəyə sayəsində xallarının sayını 64-ə çatdıran Təbriz klubu bütün rəqibləri üçün əlçatmaza çevrilib. Belə ki, mövsümün sonuna iki tur qalmış “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı (56 xal) 8 xal qabaqlayır.
Üçüncü pillədə 54 xalı olan “Persepolis” qərarlaşıb.