"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.


2023/2024 mövsümündən bu komandada çıxış edən ingiltərəli oyunçu Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda 2 matçda meydanda olub. O, bu qarşılaşmalarda 4 qola imza atıb.