
“Şəmkir”i azarkeşləri, “Qusar”ı futbolçusu ziyana saldı
- 02 May 2025 15:20
- 59
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sheki City” – “Kür-Araz” oyununun 81-ci dəqiqəsində “Kür-Araz” klubunun 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.
“Sheki City” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” komandası 100 manat cərimə edilib.
“Göygöl” – “Qusar” oyunu “Qusar” komandasının görüşə gec gəlməsi səbəbindən gec başladığı üçün “Qusar” komandası 150 manat cərimə edilib.
“Göygöl” – “Qusar” oyununun 90-cı dəqiqəsində “Qusar” komandasının 21 nömrəli futbolçusu Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Qusar” komandası 300 manat cərimə edilib.
“Hypers Guba” – “Dinamo” oyununda “Hypers Guba” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Araz Saatlı” oyununun 71-ci dəqiqəsində “Araz Saatlı” komandasının 44 nömrəli futbolçusu Ramiz Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” komandası 100 manat cərimə edilib.
“Şəmkir” – “Araz Saatlı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Şəmkir” komandası 100 manat cərimə edilib.
“Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 80 manat cərimə edilib.
“Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilib.