“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldonun oğlu Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.


Rekord.az xəbər verir ki, kiçik Ronaldo karyerasında ilk dəfə milliyə dəvət alır.


Portuqaliyanın U-15 komandası Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq.


Ronaldo Junior "Əl-Nəsr"in gənclər komandasında oynayır. O, əvvəllər "Pozuelo", "Yuventus" və "Real"ın akademiyalarında çıxış edib.