
“Qarabağ”ın oyununa bilet satışı bu gün başlayır
- 03 May 2025 10:36
- 62
Premyer Liqanın 33-cü turunda keçiriləcək “Qarabağ” - "Sumqayıt" oyununun biletləri satışa çıxarılır.
Rekord.az xəbər verir ki, biletlər saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.
Sabah keçiriləcək bu oyun saat 18:00-da başlayacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.