
"Oyundan məmnunam" - Berezutski
- 09 May 2025 21:50
- 31
"Sabah" Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam". (Sportal)