
“Neftçi” “Kəpəz”lə oyuna hazırlığı bitirdi
- 00:01
- 39
“Neftçi” Misli Premyer Liqasının 33-cü turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.
Rekord.az xəbər verir ki, komanda üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçular– Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.
Mayın 4-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 20:00-da başlanacaq.