
Mahir Emreli oynadı, komandası uduzdu
- 04 May 2025 18:30
- 42
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” doğma meydanda “Elvesberq”i qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 28 yaşlı forvard oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
32 turdan sonra aktivində 45 xal olan “Nürnberq” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.