
Mahir Emreli bir hissə oynadı, komandası uduzdu
- 09 May 2025 23:06
- 31
Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu "Köln"lə görüşün start heyətində yer alıb.
33-cü tur çərçivəsində keçirilən qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb. Mahir bu qarşılaşmada 45 dəqiqə meydanda olub və fasilədə əvəzlənib.
"Nürnberq" 45 xalla 10-cu pillədə qərarlaşıb. Komanda son turda mayın 18-də "Braunşveyq"lə üz-üzə gələcək.