
Krivotsyukun komandası səfərdə xal itirdi
- 19:00
- 38
Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” səfərdə “Jeonbuk”la qarşılaşıb və 1:1 hesablı heç-heçə ilə kifayətlənib.
Krivotsyuk bu qarşılaşmada 83 dəqiqə meydanda olub.
12 turdan sonra aktivində 27 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.