
“İnter” “Barselona”nı ÇL-in finalına buraxmadı
- 01:43
- 60
Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir matç baş tutub.
Finalın ilk iştirakçısı Milanda müəyyənləşib. “İnter” səfərdə heç-heçə etdiyi “Barselona”nı qəbul edib. Cavab görüşündə də 3:3 hesabı qeydə alınıb. Əlavə vaxtda daha bir qol vuran "İnter" həlledici oyuna vəsiqə qazanıb.
Mayın 7-də keçiriləcək digər yarımfinal oyununda PSJ və “Arsenal” üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
6 may
“İnter” (İtaliya) - “Barselona” (İspaniya) 4:3
Qollar: L.Martines, 21. H.Çalhanoğlu, 45+1-pen. F.Açerbi, 90+3. D.Frattezi, 99 – E.Qarsiya, 54. D.Olmo, 60. Rafinya, 88.
İlk oyun - 3:3.