İngiltərəli futbolçu Reci Uolş "Çelsi" klubunun tarixinə düşüb.


Rekord.az xəbər verir ki, yarımmüdafiəçi buna evdə İsveç təmsilçisi “Yurqorden”ə 1:0 hesabı ilə qalib gəldikləri Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin cavab matçında iştirak etmələ nail olub.


O, London komandasının heyətində avrokubok oyununda meydana çıxan ən gənc oyunçudur. R.Uolş 16 yaş 200 günündə bunu bacarıb.


Qarşılaşma "zadəganlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Səfərdə rəqibini 4:1 hesabı ilə üstələyən "Çelsi" finala vəsiqə qazanıb. Paytaxt klubu mayın 28-dəki həlledici görüşdə İspaniya təmsilçisi "Betis"lə üz-üzə gələcək.