
“İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq” - Cavadov
- 04 May 2025 21:00
- 39
“Sumqayıt” Premyer Liqanın 33-cü turu çərçivəsində səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.
Rekord.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:
“Qarabağ”ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq.
Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Ola bilər ki, bu mövsüm nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq”.