Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" portuqaliyalı baş məşqçisi Jorji Jezuşla müqaviləni pozub.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


70 yaşlı mütəxəssisin müqaviləsinə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) bir neçə gün sonra xitam verilib.


Komandaya müvəqqəti olaraq Məhəmməd Əl-Şalhub rəhbərlik edəcək.


Səudiyyə Ərəbistanı çempionatında "Əl-Hilal" 62 xalla lider "Əl-İttihad"dan 6 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.