
“Bayer”də yeni yarımmüdafiəçi
- 18:40
- 40
“Bayer” 2-ci Bundesliqa təmsilçisi "Herta"dan İbrahim Mazanı transfer edib.
Rekord.az bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər arasında 2030-cu ilə qədər müqavilə imzalanıb. 19 yaşlı futbolçunun transferinin 12 milyon avroya başa gəlib.
"Herta"nın yetirməsi olan Maza cari mövsümdə 2-ci Bundesliqada meydana çıxdığı 30 oyunda 5 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb.