
“Bayer” Alonso ilə vidalaşacağını rəsmən açıqladı
- 09 May 2025 18:00
- 46
“Bayer” baş məşqçi Xabi Alonsonun 2024/2025 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bundesliqa klubu onun müqaviləyə xitam verilməsi ilə bağlı tələbini təmin edib. Yeni baş məşqçinin yaxın günlərdə məlum olacağı diqqətə çatdırılıb.
Alonso 2022-ci ildən bu komandada işləyir. O, 2023/2024 mövsümündə Bundesliqanın, Almaniya kubokunun və superubokun qalibi olub. Daha əvvəl İspaniya mətbuatı Xabi Alonsonun “Real”la üç illik müqavilə imzalayacağını yazmışdı.