
Azərbaycan millisi yoxlama oyununda Belarus yığmasına qalib gəldi
- 09 May 2025 18:30
- 43
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, yığma Belarus seçməsi ilə üz-üzə gəlib.
Binə stadionundakı qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib - 2:1.
Komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.