Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, hər iki oyun bu gün keçirilib.

“Tottenhem” evdə “Bodo Qlimt” üzərində inamlı qələbəyə sevinib. “Mançester Yunayted” isə səfərdə “Atletik”i 3 cavabsız qolla yenib.

Cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.

Avropa Liqası
Yarımfinalın ilk oyunları

1 may

“Tottenhem” (İngiltərə) - “Bodo Qlimt (Norveç) 3:1
Qollar: B.Conson, 1. C.Meddison, 34. D.Solanke, 61-pen – U.Saltnes, 83.

“Atletik” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) 0:3
Qollar: Kazemiro, 30. B.Fernandes, 37-pen; 45.