"Betis" avrokuboklarda finala yüksələn 12-ci İspaniya klubudur.


Rekord.az xəbər verir ki, komanda buna UEFA Konfrans Liqasının yarımfinal mərhələsində İtaliya təmsilçisi "Fiorentina"nı mübarizədən kənarlaşdırmaqla nail olub.


Doğma meydanda rəqibini 2:1 hesabı ilə üstələyən "yaşıl-ağlar" cavab matçında heç-heçəyə razılaşıb - 2:2.


Bu vaxtadək “Real”, “Barselona”, “Atletiko”, “Valensiya”, “Sevilya”, “Vilyarreal”, “Atletik”, “Espanyol”, “Alaves”, “Saraqosa” və “Malyorka” bunu bacarıb.


İndiyədək Almaniyanın 12, İngiltərənin isə 15 komandası avrokuboklarda final həyəcanı yaşayıb.


"Betis" mayın 28-də həlledici oyunda İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.