Misli Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 3-də “Sabah”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. 


Rekord.az xəbər verir ki, “qırmızı-ağlar” bu gün oyunöncəsi son məşqini keçirib.


Zədəli futbolçulardan Sezar Meza Kolli kollektiv məşqlərdə iştirak etsə də, Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında çalışmalarla kifayətlənib.


“Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 3-də “Liv Bona Dea Arena”da keçiriləcək və stadiona giriş biletsiz olacaq.