
“Araz-Naxçıvan” fərqi artırdı, “Neftçi” 2-ci pilləyə yüksəldi
- 01 May 2025 21:40
- 32
Bu gün futzal üzrə Yüksək Liqada 4-cü dövrəyə start verilib.
Rekord.az xəbər verir ki, 16-cı turun ilk oyununda lider “Araz-Naxçıvan” ən yaxın izləyicisi oloan “Baku Fire”lə üz-üzə gəlib və 2 cavabsız qolla qələbə qazanıb.
İkinci oyuna gözlənildiyi kimi, “Neftçi” fəal başlayıb. Sözügedən komanda “Şuşa”nı məğlub edib.
Turun son matçında hesabı “Yasamal Bakı” açsa da, qələbəni U-19 qazanıb.
Araz-Naxçıvan – Baku Fire 2:0
Qollar: Roman Adamov, 32:25, Giovanny, 39:24.
Neftçi İK – Şuşa 6:3
Qollar: Rüstəm Bağırov, 4:00-öz qapısına, Javad Haydari, 8:00, 9:30, Mirzə Əmirov, 26:11, 35:32, Abdul Ghafar, 38:06 - Vladislav Vorobyev, 25:28, Nüsrət Fərzəli, 30:25, Sadegh Javiditabar, 33:15
Yasamal Bakı – U-19 4:7
Qollar: Murad Ələkbərli, 4:20, İlqar Nuruşov, 15:30, Qüdrət Qasımzadə, 19:12, 28:43 - Rəvan Quliyev, 11:10, Cavid Mürvətli, 11:46-öz qapısına, Bəyoğlan Vəlizadə, 13:18, Oqtay Mahmudzadə, 17:08, Pünhan Qasımzadə, 25:58, 27:35, Azər Manafov, 34:40.