Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Zirə” və “Səbail” komandaları da yoxlama matçı keçirəcək.

Rekord.az xəbər verir ki, adıçəkilən komandalar oktyabrın 9-da “Dalğa Arena”da qarşılaşacaq. Mərdəkandakı matça saat 17:00-da start veriləcək.

Xatırladaq ki, “Zirə” Premyer Liqanın cari mövsümündə “Səbail”lə bir dəfə qarşılaşıb və səfərdə 2:1 hesablı qələbəyə sevinib.