“Yuventus” qapıçısını icarəyə verdi
- 17:00
- 27
İtaliyanın "Yuventus" klubunun qapıçısı Mikele Di Qreqorio 2026/2027 mövsümünü icarə əsasında İngiltərənin "Bornmut" komandasında keçirəcək.
Rekord.az Turin təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki klub arasında futbolçunun keçidinə dair razılıq əldə olunub.
2024-cü ilin yayından "Yuventus"un qapısını qoruyan italyan qolkiper ötən mövsümdə bütün turnirlərdə keçirdiyi 37 matçda 36 qol buraxıb. 29 yaşlı qapıçı 17 görüşdə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, onun Turin komandası ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.