Yunan-Roma güləşçimiz əməliyyat olundu
- 15:30
- 34
Azərbaycanın yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.
Bu barədə Rekord.az-a Güləş Federasiyasından bildirilib.
Çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.
Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə biləcək.