Yüksək Liqada darmadağınlar günü
- 19:00
- 26
Bu gün futzal üzrə Yüksək Liqada 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, tura lider “Neftçi” ilə gənclərdən ibarət millinin oyunu ilə start verilib.
Start fitini isə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlər sırasında yer almaqla ilkə imza atan FİFA referisi Hikmət Qafarlı səsləndirib. Fasiləyə qədər 4 cavabsız qol vuran “ağ-qaralar” ikinci hissədə də fərqi artırıb və 3 xalı böyükhesablı qələbə ilə qazanıb. İkinci oyunda “Baku Fire” son pillədə qərarlaşan “Lənkəran”la qarşılaşıb. İddialı meydan sahibləri debütantı məğlub etməklə xal ehtiyatını artırıb. Tura son çempionun böyükhesablı qələbəsi ilə yekun vurulub. Bu matçı “qırmızı-ağlar”ın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə keçirəcəyi matça hazırlıq da saymaq olar.
Neftçi İK – U-19 12:4
Qollar: Hadi Ahmadi, 4:56, 35:02, Nihad İsmayılov, 12:31, 26:56, 33:20, Allef Maiolli, 14:57, Turan Azayev, 16:48-öz qapısına. İaqo Henrique, 23:24, 27:46, 31:04, 39:49, Fərid Atakişiyev, 39:38 - Pünhan Qasımzadə, 25:11, 30:20, İsmayıl Əhmədov, 27:17, Oqtay Mahmudzadə, 28:10.
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
18 noyabr. Olimpik Star. Saat 13:00.
Baku Fire – Lənkəran 14:2
Qollar: Fərid Abbasov, 1:19, 14:35, 24:15, 39:59, Novruz Kazıxanov, 3:30, 21:20, 30:12, Məhəmməd Abbasov, 6:05, 17:17, Ramazan Atakişiyev, 22:41, Nurlan Məmmədov, 36:54, Rüfət Məmmədli, 37:39, 39:44, Elşən Mahmudov, 38:08 - Ümid Qəhrəmanov, 10:47, Elşən Mirzəzadə, 34:03.
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
18 noyabr. Olimpik Star. Saat 15:00.
Araz-Naxçıvan – Şuşa 14:2
Qollar: Aleks Teixeira, 3:08, 34:32, Luicci Longo, 3:48, 17:14, 27:09, Ülvi Əliyev, 6:04, 26:55, 38:32, Jean Perruzo, 8:30, Filipe De Lima, 9:52, Ədalət Ələkbərov, 13:43, 15:54, Qüdrət Qasımzadə, 19:58, Karlos Bertuola, 22:00 - Rüstəm Bağırov, 23:33, 37:48
Hakimlər: Ramil Namazov, Mahir Məmmədov, Nahid Bağırov.
Hakim-inspektor: Murad Məmmədov
18 noyabr. Olimpik Star. Saat 17:00.