Yevlax stadionu test edildi
- 15:00
- 51
Dünən Yevlax stadionunda test xarakterli matç keçirilib və "Karvan" Bərdə komandası ilə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, "Karvan"ın 7:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşma yeni örtüyün test xarakterid aşıyıb.
Həmin günü CBC Sport və PFL əməkdaşları da Yevlaxda olub. Güman ki, yaxın günlərdə Yevlax stadionu ilə bağlı qərar açıqlanacaq.
Qeyd edək ki, stadionda əvvəlki təbii örtük ləğv olunub, yerinə yeni süni örtük döşənib.