“Xocalı” Futbol Klubunun rəhbərliyi komandanın məşqçi heyəti ilə görüş keçirib.

Rekord.az xəbər verir ki, iclasda klubun prezidenti İlkin Hacıyev, icraçı direktor Vüqar Cəfərli, baş menecer Mirələm Həsənli, baş koordinator Azər Cabbarov və məşqçi heyəti iştirak edib.

Görüş zamanı rəhbərliklə məşçi heyəti arasında fikir mübadiləsi aparılıb, gələcək planlar barədə söhbət açılıb. İclasda məşqçilərin təklifləri dinlənilib, rəhbərlik tərəfindən bəzi tövsiyyə və tapşırıqlar verilib. Klubun prezidenti İlkin Hacıyev əsas məqsədlərinin Azərbaycan futboluna yeni futbolçular bəxş etmək və müvafiq yaş qruplarına üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu bildirib.