Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, yığmamız Qırğızıstan millisi ilə qarşılaşıb.

Qəbələdə keçirilən oyun 1:1 hesablı heç-heçə başa çatıb. Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub.

Oktyabrın 11-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.