Türkiyənin güləş əfsanəsi Bakıda
- 15:20
- 20
Türkiyənin güləş əfsanəsi Taha Akgül Bakıya səfər edib.
Rekord.az xəbər verir ki, səfərdə məqsəd Azərbaycan paytaxtında keçirilən güləş üzrə U-17 komandalarının dünya çempionatını izləməkdir.
Azərbaycan Güləş Federasiyasının yaydığı xəbərə görə, Taha Akgül bu gün Milli Gimnastika Arenasında azarkeşlərlə görüşəcək. Görüş saat 16:00-da başlanacaq.
Taha Akgül sərbəst güləş üzrə bir dəfə Olimpiya, üç dəfə dünya və on dəfə Avropa çempionudur.