"Turan Tovuz""Azərsun Arena"dan niyə erkən ayrılıb?
- 15:00
 - 72
 
Tovuz stadionunun süni örtüyü təbii örtüklə əvəzləndi və "Turan Tovuz" uzun fasilədən sonra yenidən doğma rayona qayıtdı.
Lakin Rekord.az xəbər verir ki, "Şamaxı" ilə oyunda qazonla bağlı yaşananlar çoxlarını məyus etdi.
Çünki hiss olunurdu ki, qazon hələ tam bərkiməyib və bu səbəbdən də bir çox hissəsi oyun zamanl qopdu. Əldə etdiyimiz məlumata görə, əslində Tovuz klubu daha bir turda Bakıda oynayıb milli fasiləsindən sonra Tovuza dönməyi planlaşdırmışdı. Lakin "Qarabağ" klubu onların "Şamaxı" ilə oyunun "Azərsun Arena"da oynanılmasına isti baxmayıb. Birbaşa "çıxın" deyilməsə də, bildirilib ki, artıq Tovuz stadionu hazırdı və öz rayonlarına qayıtmaları məqsədəuyğundu. Çünki havalar soyuyur, "Azərsun Arena"nın öz qazonu da korlana bilər. Bundan sonra "Turan Tovuz" rəhbərliyi "Şamaxı"nı Tovuzda qəbul etməyə qərar verib.