Tovuzda vasketbol üzrə rayon turniri keçirilib
- 15:15
- 21
Y.Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbində Tovuz rayonu üzrə gənclər və idman sektorunun, Tovuz rayon təhsil sektorunun və Tovuz rayonu uşaq-gənclər idman- şahmat məktəbinin birgə təşkilatçılığı ilə məktəbli oğlanlar arasında basketbol üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev və Tovuz uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Məleykə Əmirzadə turnir barədə iştirakçılara məlumat veriblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda: l yerə Z.Yusifov adına Bayramlı kənd tam orta məktəbin; ll yerə Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin; lll yerə A.Qasımov adına Tovuz şəhər tam orta məktəbin komandası layiq görülüb. ✅ Turnirdə 5 məktəb komandasından 41 nəfər iştirak edib. Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.