Tovuzda minifutbol turniri keçirilib
- 10:30
- 28
Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 2009-2010-ci il təvəllüdlü yeniyetmələr arasında minifutbol üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirin açılışında Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirdə Tovuz rayonunu tam orta məktəblərindən 10 komanda iştirak edib. Yekunda Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbin komandası 1-ci yerə, Xatınlı kənd F.Qasımov adına tam orta məktəbin komandası 2-ci yerə, Düz Cırdaxan kənd R.İsmayılov adına tam orta məktəbin komandası isə3-cü yerə layiq görülüb. Turnirdə 100 nəfər idmançı iştirak edib. Qalib komandalar YAP Tovuz rayon təşkilatının və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar.