Əvəzedici komandaya göndərilən "Kəpəz"in futbolçusu Elvin Yunuszadə ilə bağlı yekun qərarı baş məşqçi Tərlan Əhmədov verəcək.
Rekord.az xəbər verir ki, onun komandada saxlanılıb-saxlanılmaması ilə bağlı qərar səlahiyyəti baş məşqçiyə verilib.
Əhmədov isə qərarını dekabrın sonunda açıqlayacaq.