Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 22 may 2026-cı il tarixində “Alüminuçu” İdman Evində 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə (U-15) Sumqayıt şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd yunan-Roma güləşi idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, şəhər yığma komandasının komplekləşdirilməsidir.
Qalib və mükafatçılar diplom və medallarla təltif olunub.