Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 21-də "Qarabağ"ı qəbul edəcək "Sumqayıt" ciddi problemlə üzləşib.

Rekord.az xəbər verir ki, komandanln əsas heyət üzvlərindən olan Raşid Mumini və Ronaldo Vaskes hazırda milli komandaların düşərgəsindədir.

Mumini Benin, Ronaldo Vaskes isə Dominikan millisinin heyətində DÇ-2026-nın seçmə oyunlarında iştirak edir. Hər iki futbolçu düşərgəyə ən yaxşı halda oyun günü qoşula biləcək. Bu mənada onların "Qarabağ"a qarşı oynayacağı real deyil.