"Sumqayıt" Futbol Akademiyasında yeni təyinat: Hakan Sünal köməkçisini dəyişdi
- 30 Okt 2025 13:00
- 243
"Sumqayıt" Futbol Akademiyasında kadr dəyişikliyi baş verib.
Rekord.az xəbər verir ki, akademiyanın direktoru Hakan Sünalın əsas köməkçisi olan Fərhad Həsənov postundan ayrılıb.
Onun hansı səbəbdən işindən ayrıldığı məlum deyil. Həsənovun əvəzinə yeni təyinat da olub. Belə ki, veteran futbolçu Azər Mehtiyev bundan sonra akademiyada baş direktorun köməkçisi kimi çalışacaq.