"Sumqayıt" azarkeşləri hamıdan öndədir
- 13:00
- 37
11-ci turun oyunları ilə Misli Premyer Liqasında ilk dövrəyə yekun vuruldu.
Rekord.az xəbər verir ki, ilk dövrədə ən çox azarkeş toplayan klub “Sumqayıt” oldu – 13100.
İkinci yerdə “Neftçi”di – 12384. Üçüncü pillədə isə “Qarabağ” yer alıb – 10687. Sonrakı sıralama isə bu cürdü:
4. “Turan
Tovuz” – 9600
5. “Şamaxı”
– 5700
6. “Zirə”
– 5550
7. “Sabah”
– 4302
8. “İmişli”
– 3000
9. “Karvan”
– 2920
10.”Qəbələ”
– 2450
11. “Kəpəz”
– 1450
12. “Araz
Naxçıvan” 1070
“Araz Naxçıvan”ın beş ev oyununa cəmi 1070 azarkeş toplaması çox üzücüdür. Hər oyunma orta hesabla 214 azarkeş düşür. Komanda ev oyunlarını Naxçıvanda keçirsə, təbii ki, göstəricilər bu cür olmaz.
Mövzudan söz düşmüşkən, siyahıda bəzi obyektiv səbəblər də sözünü deyir. Belə ki, “Karvan”, “İmişli”, “Kəpəz”, bir oyun istisna olmaqla “Turan Tovuz” ilk dövrədə ev oyunlarını doğma rayonlarında keçirməyiblər ki, bu da onların ev oyunlarındakı azarkeş sayna ciddi şəkildə təsir göstərib. Üstəlik, “Kəpəz” dörd oyun ardıcıl olaraq, səfərə çıxıb (5-6-7-8-ci turlar).
İlk dövrədə ən çox azarkeş toplayan oyun 10-cu turun “Turan Tovuz” – “Şamaxı” matçı olub – 5800 tamaşaçı
Ən az
azarkeş toplayan oyunlar isə bunlardı:
4-cü
tur “İmişli” – “Sumqayıt” 100 tamaşaçı
8-ci
tur “İmişli” – “Qəbələ” 100 tamaşaçı
3-cü
tur “Araz Naxçıvan” – “Qəbələ” 100 tamaşaçı