ŞRFF-dan növbəti möhtəşəm qələbə
- 19:52
- 57
AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında növbəti turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, "Sumqayıt" Futbol Akademiyasının nəzdində olan ŞRFF-nın (Şimal Regional Futbol Federasiyası) U-12 komandası növbəti matçını keçirib.
Azad Mütəllimovun baş məşqçisi olduğu komanda bu dəfə "Odlar Yurdunu" 8:0 hesabı ilə məğlub edib. Komandanın qollarına Sultan Əliyev (2), Cəlal Sayf (2), Şahan Əliyev (2), Ömər Qəhrəmanov və Fehruz Xanlarov imza atıblar. ŞRFF bununla da keçirdiyi altı oyundan beşində qələbə qazanıb, yalnız birində heç-heçə edib.