Şərur rayonunda anadan olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş 100, 200 və 400 metr məsafələrə qaçış üzrə rayon birinciliyi keçirilib. Ümumtəhsil məktəblərinin oğlan şagirdlərini əhatə edən yarışda Şərur Olimpiya İdman Kompleksində reallaşıb.

Rekord.az xəbər verir ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mübarizəyə start verilib. Nəticələrə əsasən, 100 metr məsafədə Rəsul Babayev , 200 metrdə Vüsal Məmmədov, 400 metrdə isə Talıb Qurbanov qalib olublar. Paralel olaraq qızlar arasında keçirilən rayon birinciliyində müvafiq məsafələr üzrə Ayla Nağıyeva, Mələk Xəlilova, Minayə Mirzəzadə birinci yerə sahib çıxıblar.