AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, I və II Liqalarda baş tutan oyunlarla bağlı aşağdakı qərarlar qəbul olunub:

I Liqa, 2-ci tur
 
MOİK – “İmişli” görüşündə MOİK klubunun 38 nömrəli futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, MOİK klubu 50 manat cərimə edilib.

“Şamaxı” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalanmdığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Difai Ağsu” – “Zaqatala” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 60 nömrəli futbolçusu Elmin Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 80 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 77 nömrəli futbolçusu Əsgər Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 80 manat cərimə edilib.

II Liqa, 3-cü tur

“Lerik” – “Şəfa” görüşünün oyunöncəsi iclasında qonaq komanda iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Lerik” – “Şəfa” oyununa qonaq komanda gec gəldiyinə görə görüş gec başladığı üçün “Şəfa” klubu 100 manat cərimə edilib.

“Sheki City” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Ağdaş” oyununun 82-ci dəqiqəsində “Sheki City” klubunun 4 nömrəli futbolçusu Süleyman Rauflu ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sheki City” klubu 50 manat cərimə edilib.

“Sheki City” – “Ağdaş” oyununda “Sheki City” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Sheki City” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Sheki City” – “Ağdaş” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sheki City” klubu 80 manat cərimə edilib.

“Füzuli” – “Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qusar” klubu 70 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sahdağ Qusar” klubu 70 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Baku Sportinq” klubu 80 manat cərimə edilib.

“Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Şahdağ Qusar” klubu 100 manat cərimə edilib.

“Şəmkir” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 30 nömrəli futbolçu Kərəm Əhmədli meydançaya daxil olduğuna görə “Şəmkir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, “Şəmkir” klubu 400 manat cərimə edilib.

“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilib.

“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 6 nömrəli futbolçusu Ağasən Əsgərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” klubu 80 manat cərimə edilib.

“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 1 nömrəli futbolçusu Əzəmət Müseyibov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” klubu 80 manat cərimə edilib.

“Göygöl” – “Kür-Araz” oyununda “Göygöl” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Göygöl” klubu 100 manat cərimə edilib.