Şəmkir şəhər İrmaşlı İdman Klubunda İrmaşlı kənd şəhidləri Alırzayev Vüqar Nağı oğlu və Alırzayev Zakir Xalqverdi oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Birincilikdə ümumilikdə 130 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb. Yarışda yüksək nəticə əldə etmiş idmançılar medal və diplomlarla təltif olunublar.