Seçmə mərhələdə sonuncu oyunlar keçiriləcək
- 14:00
- 25
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində sonuncu görüşlər baş tutacaq.
Rekord.az xəbər verir ki, B, C, E, H, J qruplarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.
Türkiyə yığması səfərdə İspaniyanın qonağı olacaq. İsveç evdə Sloveniya, Şotlandiya isə Danimarka ilə üz-üzə gələcək.
DÇ-2026, seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. İsveç - Sloveniya
23:45. Kosovo - İsveçrə
Xal durumu: İsveçrə - 13, Kosovo - 10, Sloveniya - 3, İsveç - 1.
C qrupu
23:45. Şotlandiya - Danimarka
23:45. Belarus - Yunanıstan
Xal durumu: Danimarka - 11, Şotlandiya - 10, Yunanıstan - 6, Belarus - 1.
E qrupu
23:45. Bolqarıstan - Gürcüstan
23:45. İspaniya - Türkiyə
Xal durumu: İspaniya - 15, Türkiyə - 12, Gürcüstan - 3, Bolqarıstan - 0.
H qrupu
23:45. Avstriya - Bosniya və Herseqovina
23:45. Rumıniya - San Marino
Xal durumu: Avstriya - 18, Bosniya və Herseqovina - 16, Rumıniya - 10, Kipr - 8, San-Marino - 0.
J qrupu
23:45. Belçika - Lixtenşteyn
23:45. Uels - Şimali Makedoniya
Xal durumu: Belçika - 15, Şimali Makedoniya - 13, Uels - 13, Qazaxıstan - 8, Lixtenşteyn - 0.