"Səbail"in hazırda ev oyunlarını keçirdiyi "Bayıl Arena" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Rekord.az xəbər verir ki, hələlik tərəflər arasında yeni müqavilə bağlanmayıb.

Sözügedən arenanın mövsümün sonunda təmirə bağıanacağı gözlənilir. Təmirin neçə müddət davam edəcəyi də məlum deyil. Bu mənada "Səbail"in növbəti mövsüm ev oyunlarını harada keçirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, "Səbail" hazırda I Liqada 2-ci yerdədir və pley-off şansını saxlayır.