
Şamaxıda güləş üzrə rayon turniri keçirilib
- 10:00
- 34
Şamaxı şəhər stadionunun güləş zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 2011–2013-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Şamaxı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin əsas məqsədi yeniyetmələrin bu idman növünə marağını artırmaq, dostluq əlaqələrini möhkəmləndirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaq idi.
12 çəki dərəcəsi üzrə 60 idmançının gərgin mübarizəsi nəticəsində qaliblər müəyyən olundu və onlar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildilər.