“Şamaxı” milli komandaların oyunlarına görə ölkə çempionatında yaranan fasilə zamanı yoxlama oyunu keçirəcək.


Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu məlumat yayıb.


Sözügedən komanda “Şimal”la qarşılaşacaq.


1-ci liqa təmsilçisi ilə qarşılaşma 15 noyabrda, saat 14:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.