"Sabah"ın U-15 komandası cari mövsm uğurlu çıxışı ilə diqqət çəkir.

Rekord.az xəbər verir ki, AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatının paytaxt zonasında çıxış edən Masazır təmsilçisi 12 turdan sonra 31 xalla liderdi.

Sözügedən komanda 15 komanda arasında məğlubiyyət acısı dadmayan yeganə komandadır. Biz də komandanın baş məşqçisi Şahin Zeynalovla əlaqə saxlayıb ondan həm cari mövsümdəki çıxışlar, həm də gələcək hədəfləri haqda soruşduq: "2023-24 mövsümündən "Sabah"ın U-15 komandasına baş məşqçi təyin olumuşam. Həmin mövsüm finala qədər məğlubiyyətsiz irəlilədik. Lakin finalda məğlub olduq. 2024-25-ci il mövsümündə isə komanda daha daha da inkiişaf edir və daha da inamlı oynamağa çalışçır. Məşqçi olaraq bizim əsas hədəfimiz uşaqlara futbolun sirrlərini öyrətməkdi. Həmçinin onlara taktiki, fiziki, funksional hazırlığın sirrlərini öyrədirik. Məqsədimiz "Sabah" Futbol Klubu olaraq, Azərbaycan futboluna xidmət etməkdi. Komandanın məğlub olmamasının əsas səbəbi gözəl kollektiv formalaşdırmağımızdır. Bundan başqa, rəqiblərimizi daha yaxşı öyrənirik, təhlil edirik, çalışırıq onların səhvlərindən maksimum yararlanaq". 

Zeynalov komandasından milli komandalara namizəd olan futbolçular haqda da söz açdı: "Millinin son təlim-məşq toplanışına bizim komandadan 8 futbolçu cəlb olunmuşdu. Aqil Nəbiyev dəvət etmişdi. Həmin futbolçulardan həm U-17, həmdə U-19 millisinə namizəd futbolçular var. Eyni zamanda "Sabah"ın əsas komandasına cəlb olunmaq perspektivi olanlar da var. Məsələn Nİhat Hüseynzadə, Cəfər Cəfərzadə, Abubəkir Abdullayev, Vaqif Məmmədli, Firdovsi Şeydayev, sonra Ayxan var, Xəzər Hüseynzadə var, yəni bu futbolçuları xüsusi qeyd etmək olar. Düzdür, hər şeyi gələcək göstərəcək, özlərindən də çox şey asılı olacaq. Mən məşqçi olaraq, onların gələcəyinə inanıram".