“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
- 20:15
- 41
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"la qarşılaşıb.
Rekord.az xəbər verir ki, Əlincə sradionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
"Bayquşlar"ın qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub.
"Sabah" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Komanda UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.