“Sabah” “Neftçi”yə qalib gəldi
- 22:00
- 25
Misli Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Qəbələ” evdə “Turan Tovuz”la qarşılaşıb. Amma bu oyun qat duman səbəbindən yarıda qalıb. Görüşün taleyi ilə bağlı daha sonra qərar veriləcək.
“Sabah” isə bu turda işləri qaydasında olmayan “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olub. Paytaxt derbisində meydan sahibləri inamlı qələbəyə seviniblər.
Daha öncə keçirilmiş “Zirə” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib, “Karvan-Yevlax” isə “Şamaxı”ya uduzub – 0:3. “Araz-Naxçıvan” – “Kəpəz” və “Sumqayıt” – “İmişli” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
14-cü tur
8 dekabr
“Qəbələ” – “Turan Tovuz” 0:0 (oyun yarıda qalıb)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 17:00.
Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.
Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə.
Baş məşqçi: Kurban Berdıyev.
“Sabah” – “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58. Coy Lens Mikels, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 20:00.
Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Neftçi: 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 27. Kristian Kostin, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.